Logo

DİN: “Azyaşlılara bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymayın"

26.10.2022 11:13 412 baxış
IMG

Daxili İşlər Nazirliyi (DİN) sosial media istifadəçiləri və jurnalistlərə azyaşlılara aid zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymamaqla bağlı müraciət edib.

"Tehsil.biz"in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, bu, tövsiyə və xahişdir:

“Azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymayın. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir. Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir. Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz. DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyin növbətçi hissələrinə daxil olan bütün məlumatların mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur”.

Xəbər lenti