Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta məktəbdə olan texniki məsələlər araşdırılıb.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, məktəbdə su nasosunun olmaması ilə bağlı oktyabr ayında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə məlumat verilib:
"Buna uyğun olaraq su nasosu sifariş edilib və bu gün üçün məktəbdə həmin su nasosunun quraşdırılması prosesi həyata keçirilib. Su nasosu böyükölçülü və xüsusi su nasosu olduğu üçün onun sifarişi və gətiilməyi bir müddət alıb".
Qeyd edək ki, sosial şəbəkədə Göygöl şəhər 1 nömrəli tam orta məktəbdə sentyabrın 15-dən bu günə qədər suyun, 12 gündən artıq isə işığın olmaması ilə bağlı məlumat paylaşılmışdı.