Logo

Masallıda itkin düşən məktəbli qız tapılıb - YENİLƏNİB

26.10.2022 12:24 569 baxış
IMG

Masallıda itkin düşən 11-ci sinif şagirdi tapılıb.

Bu barədə APA-nın cənub bürosuna DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib. Xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Məleykə Məmmədovanın bir gündən sonra yeri müəyyən olunub və o, tapılaraq ailəsinə təhvil verilib.

09:52

Masallıda məktəbli itkin düşüb.

APA xəbər verir ki, oktyabrın 24-də 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Məleykə Məmmədova şəxsiyyətini təsdiq edən sənədi evdən götürərək tibb kursuna getmək adı ilə evdən çıxıb və geri qayıtmayaraq itkin düşüb.

Araşdırma aparılır.

Xəbər lenti