Logo

Vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir

26.10.2022 14:18 445 baxış
IMG

26 oktyabr 2022-ci il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyində inzibati vəzifələrin 3-4-cü təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid 3 inzibati vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Tehsil.biz xəbər verir ki, daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsidir.

Ümumilikdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılmışdır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 26 oktyabr 2022-ci il tarixindən 14 noyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti