Logo

Lənkəranda müəllimlərin əməkhaqları düzgün hesablanmır - İDDİA+AÇIQLAMA

26.10.2022 15:04 1040 baxış
IMG

Lənkəran şəhərinin Zövlə kəndində bir qrup müəllim əməkhaqlarını düzgün ala bilmədikləri üçün narazılıq edirlər.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, müəllimlər dərs dedikləri saatın pulun ala bilmirlər.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, mövzu ilə əlaqədar Zövlə kənd tam orta məktəbinin müəllimləri 25 oktyabr 2022-ci il tarixində Regional Təhsil İdarəsinə müraciət ediblər:

"Müəllimlərə dərs saatının təlimata uyğun, yəni diaqnostik qiymətləndirmə balına görə verilməsi araşdırılır. Araşdırma bitdikdən sonra nəticə haqqında müəllimlərə məlumat veriləcək".

Xəbər lenti