Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU) tələbələrə geyim, makyaj və saqqalla bağlı bəzi qadağaların qoyulması iddialarına münasibət bildirib.
Universitetin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Bu qaydaların tətbiqi ilə bağlı hazırda heç bir qərar qəbul edilməyib. Hal-hazırda tələbələrin universitetə girişində heç bir məhdudiyyət yoxdur".
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələrinə geyim, makyaj və saqqalla bağlı bəzi qadağaların qoyulması, bu qaydalara riayət etməyən tələbələrə qarşı müvafiq addımların atılacağı ilə bağlı məlumatlar yayılmışdı.
