Logo

"Azərbaycan-Gürcüstan: tarixi ənənələrə söykənən əməkdaşlıq"

26.10.2022 17:53 415 baxış
IMG

Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və əməkdaşlıq ilbəil inkişaf edir. Bu hər iki ölkənin vətəndaşlarının də rifah halının yaxşılaşmasına da yardım edir.

Oktyabrın 24-də dövlətimizin başçısı İlham Əliyevin Gürcüstana səfəri  Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. İki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.

Səfər zamanı prezidentimiz bəyanat verərək bildirib ki,  bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm də beynəlxalq təşkilatlar çərçivəsində daim bir birimizi dəstəkləyirik. Regional əhəmiyyətə malik olan əməkdaşlıq,   birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunmalıdır ki, Azərbaycan bir çox dünya dövlətləri ilə iqtisadi əməkdaşlığı ilbəil genişləndirir. Azərbaycanın bir sıra tədbirlərə, beynəlxalq konfranslara ev sahibliyi etməsi, həmçinin 2020-ci ildəki 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfəri dövlətimizin nüfuzunu artırıb. Bütün bunlar prezidentimizin qətiyyətli siyasətinin nəticəsidir.  Bəyanatda bildirilir ki, “Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik.

Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır”.

İqtisadiyyatımızın güclənməsi vətənimizin işıqlı sabahına bir töhfə olacaq. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.

Cari  ildə 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq.

Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir.

Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər. 

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar sırasında regionlarda reallaşan layihələr, azad olunan ərazilərdə başlanan quruculuq işlərinin sürətlə davam etdirilməsi dövlətimizin xarici siyasət sahəsindəki uğurlarını da artırır. Bütün bunlar insanların sosial rifah halının yaxşılaşmasına, vətənimizin qüdrətlənməsinə yol açır.

Esmira Cəfərova
MDU-nun dosenti

Xəbər lenti