Logo

Jurnalistlər üçün keçirilən treninq başa çatıb - FOTOLAR

26.10.2022 18:49 580 baxış
IMG

Baş Prokurorluqda jurnalistlər üçün keçirilən “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq başa çatıb.

Tehsil.biz xəbər verir ki, qurumun Mətbuat Xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn təlim zamanı medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirak edib.

Treninqin ikinci günündə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov, Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış ediblər.

Daha sonra Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli və Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalovun moderatorluğu dəyirmi masa keçirilib. Ardınca Baş Prokurorluğun inzibati binalar kompleksində jurnalistlər üçün media tur təşkil olunub. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


 

Xəbər lenti