Logo

Şuşada beynəlxalq “Dədə Qorqud Türk Dünyası Film Festivalı” keçiriləcək

27.10.2022 14:27 319 baxış
IMG

Gələn il Şuşada beynəlxalq "Dədə Qorqud Türk Dünyası Film Festivalı” təşkil olunacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan bildirib.

"Festival çərçivəsində ortaq istehsal üçün zəmin yaratmağı, müsabiqə çərçivəsində yeni filmlərin mükafatlandırılmasını və türk respublikalarının nazirlərini bir araya gətirməyi qarşımıza məqsəd qoymuşuq. Bu il türk dünyasının mədəniyyət paytaxtı Bursada təşkil etdiyimiz üçüncü festivalı gələn il Azərbaycanın Şuşa şəhərində keçirəcəyik. Bu, ortaq irsimizin birgə istehsala çevrilməsinə zəmin yaradacaq”, - deyə nazir müavini deyib.

Bursa şəhərində bu il ikinci dəfə noyabrda 1-5-də keçiləcək "Dədə Qorqud Türk Dünyası Film Festivalı"na hazırlıqlar davam edir. Festivalla bağlı məlumat verən Ahmet Misbah Demircan nazirlik olaraq maddi və qeyri-maddi mədəni irsin yaşadılması, qorunması və gələcək nəsillərə təhvil verilməsi üçün çalışdıqlarını bildirib. “Bursa Böyükşəhər Bələdiyyəsi də daxil olmaqla bir çox qurum və təşkilatların dəstəyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında təşkil ediləcək festival türk respublikalarından və toplumlarından bir çox peşəkar kino xadimlərini və mədəniyyət xadimlərini bir araya gətirəcək”.

Qeyd edək ki, festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək. Festivala həmçinin türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq dəvət edilib.

Xəbər lenti