Logo

ADNSU-nun tələbələri mühazirə dərslərini istehsalat müəssisəsində keçiblər

27.10.2022 15:28 412 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin bakalavriat səviyyəsində Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri, Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri professor Fariz Əmirov, dosentlər Tamilla Naibova, Zaur Ağamalıyev, müəllim Təranə Ağayeva və digər əməkdaşlarla mühazirə dərslərini “MİLK PRO” müəssisəsində keçiblər.

Tehsil.biz xəbər verir ki, tələbələrə istehsal sahəsindəki qurğu və avadanlıqların işləmə prinsipi haqqında ümumi məlumat verilib.

Tələbələrin istehsal prosesi ilə tam tanışlığından sonra onlara şirkətin bir çox məhsulları dequstasiya etdirilib.

Xəbər lenti