Logo

Qubada “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda konfrans keçirilib - FOTO

27.10.2022 17:52 284 baxış
IMG

Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Quba rayonunda “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, ziyalılar, gənclər, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini A. Məmmədov rayondakı dini durum barədə ətraflı məlumat verərək bildirib ki, Qubada dini durum sabitdir. Natiq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini də yüksək qiymətləndirib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, ölkəmiz dünyada müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan kimi tanınmaqdadır. Dini və etnik müxtəliflik müstəqil Azərbaycanın ən böyük sərvətinə çevrilib. S.Salahlı bildirib ki, Azərbaycan İslam aləmində və dünya siyasi arenasında dinlərarası və mədəniyyətlərarası dialoqa önəm verir: “Fəxrlə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, eləcə də etnik-dini müxtəlifliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

DQİDK sədrinin birinci müavini S.Salahlının sözlərinə görə, Azərbaycan dövləti, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən respublikamızın bütün regionlarındakı, həmçinin işğaldan azad olunmuş bölgələrdəki ziyarətgahlarımızın, dini ibadət yerlərinin bərpası, qorunması və yenidən qurulması istiqamətində işlərin həyata keçirilməsi ölkə rəhbərliyinin dini-mənəvi dəyərlərimizə hörmət və ehtiramının, diqqət və qayğısının bariz nümunəsidir. 

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti