Logo

ASAPES-in dünya çempionatında qızıl medal qazanan tələbələri təltif edilib - FOTOLAR

27.10.2022 19:45 331 baxış
IMG

İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə 20 yaşadək gənclər arasında dünya çempionatının iştirakçıları olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tələbələri Gövhər Beydullayeva və Abdulla Qədimbəyli qızıl medal qazanmaqla idman tariximizdə yeni parlaq səhifə yazıblar.

Tehsil.biz xəbər verir ki, bu münasibətlə ASAPES-in rektoru Fuad Hacıyevin iştirakı ilə keçirilən tədbirdə akademiyanın 3-cü kurs tələbəsi Gövhər Beydullayeva və 4-cü kurs tələbəsi Abdulla Qədimbəylinin ünvanına təbriklər səsləndirilib, qazanılan tarixi uğurun önəmi diqqətə çatdırılıb.

Hər iki tələbəyə akademiya adından plaketlər və digər qiymətli hədiyyələr təqdim edilib.

Xəbər lenti