Logo

Tələbə Basketbol Liqasının seçmə mərhələsində ilk oyunun qalibi AzTU olub

27.10.2022 23:33 336 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında Tələbə Basketbol Liqasının 2022/2023-cü il üzrə seçmə mərhələsinə start verilib.

Tehsil.biz xəbər verir ki, ilk qarşılaşma AzTU və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları arasında keçirilib. Oyunun nəticəsinə əsasən, AzTU komandası 106:52 hesabı ilə BANM-a qalib gəlib.

Qeyd edək ki, AzTU komandası noyabrın 3-də Azərbaycan Dillər Universiteti, noyabrın 10-da Qərbi Kaspi Universiteti, noyabrın 12-də isə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası ilə qarşılaşacaq. 

Xəbər lenti