Gədəbəyin Zəhmətkənd kəndində iki piyada və iki sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan minik avtomobili 7 yaşlı Y.A və daha bir azyaşlı piyadanı vurub.
Qəza zamanı avtomobildə olan sərnişinlər - C.O və S.P də xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan Y.A-nın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
22:26
Gədəbəyin Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib.
"Tehsil.biz"in məlumatına görə, “Volkswagen Passat” markalı avtomobil iki azyaşlı məktəblini vurub.
Qəza zamanı xəsarət alan məktəblilər Gəncə Şəhər Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.