Logo

ADPU-da professor Əbdül Əlizadənin xatirə guşəsinin açılışı olub - FOTO

28.10.2022 11:55 360 baxış
IMG

Görkəmli alim, Əməkdar elm xadimi, psixologiya elmləri doktoru, “Şöhrət” ordenli professor Əbdül Əlizadənin 90 illik yubileyi münasibəti ilə uzun illər çalışdığı və rəhbərlik etiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin Ümumi psixologiya kafedrasında xatirə guşəsinin açılışı olub.

Tehsil.biz xəbər verir ki, tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, fakültə dekanı dosent Nailə Hüseynova, dekan müavini ped.ü.f.d. Sübdabə İsgəndərova, kafedra müdiri professor Ramiz Əliyev, BDU-nun Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə, psix.ü.f.d. Səbinə Əlizadə və kafedranın əməkdaşları iştirak ediblər.

Rektor prof. Ə.Əlizadənin Azərbaycan psixologiya elminin inkişafındakı misilsiz xidmətlərindən söz açaraq, onun böyük bir məktəb yaratdığını vurğulayıb. 

Prof. C.Cəfərov qeyd edib ki, ADPU-da görkəmli alimlərin xatirələrini yaşatmaq və onların böyük irsini gənclərə aşılamaq üçün Pedaqoji Universitetdə silsilə tədbirlər, konfranslar təşkil olunur.

Tədbirdə həmçinin prof. R.Əliyevin Ə.Əlizadənin 90 illiyi münasibəti ilə qələmə aldığı “Unudulmayan adam – Əbdül Əlizadə” kitabı da iştirakçılara təqdim olunub.

Xəbər lenti