Oktyabrın 28-də mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı, Dövlət Mükafatı laureatı, dirijor Rauf Abdullayevlə görüşüb.
Bu barədə "Tehsil.biz"ə Mədəniyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edən Anar Kərimov, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan mədəniyyətində xüsusi yeri olan sənətkar, yeni layihələr və gənc nəslin musiqi zövqünün formalaşmasında həyata keçirilən tədbirlərdən, gənc və istedadlı musiqiçi nəslinin doğru istiqamətləndirilməsi yönündə aparılan işlərdən söhbət açıb.