Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 49 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 889 nəfər müalicə olunaraq sağalıb, hazırda 317 aktiv xəstə var. Bu günə qədər 9 943 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 766, bu günə qədər isə ümumilikdə 7 315 522 test icra olunub