Logo

Qəbul imtahanlarında bu yeniliklər olacaq - VİDEO

28.10.2022 22:11 324 baxış
IMG

Buraxılış imtahanlarının xarici dillər üzrə yeni modeli hazırlanır.

Tehsil.biz "XəzərXəbər"ə istinadən xəbər verir ki, qəbul imtahanlarındakı test tapşırıqlarının forma və məzmunu dəyişir. 

DİM-in şöbə müdiri Könül Hacıyeva bildirib ki, gələn ildən 9 illik orta təhsil səviyyəsində xarici dillər üzrə şagirdlərin "Yazı" məzmunlu bilik və bacarıq cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında olmayacaq.

Bir başqa dəyişikliyə gəlincə Könül Hacıyeva deyir ki, şagirdlərin oxuyub anlama bacarıqlarının yoxlanılması məqsədi ilə iki hissədən ibarət tapşırıqlar nəzərdə tutlub:

DİM rəsmisi qeyd edib ki, narahatlığa səbəb yoxdur. Təqdim olunacaq test tapşiriqlari məktəb proqramina əsasən hazirlanır.

Yeri gəlmişkən yeni ilin məzunları üçün 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanının xarici dil bloku üzrə dəyişikliklərin aparılması nəzərdə tutulmur. Tam orta təhsil səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması planlaşdırılır.

Xəbər lenti