Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Qarabağa qayıdış” layihəsi çərçivəsində qənnadçı-şirniyyatçı peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
Agentlikdən bildirilib ki, “Honey Cake Studio”nun təşkilati dəstəyi ilə keçirilən imtahanda qiymətləndirmə komissiyasına Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Fuad Mehdizadə və sahə üzrə ekspert qismində Azərbaycan Kulinariya Mütəxəssisləri Assossiyasiyasının üzvü Gülnar Rəsulova cəlb ediliblər.
Qeyd edək ki, “BP Exploration Caspian Sea LTD” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihədə uğurlu nəticə əldə edən ərizəçilər ilk peşə təhsili səviyyəsində diplom əldə edə və azad olunmuş ərazilərimizdə yaradılan məşğulluq imkanlarından yararlana bilərlər.