Logo

AƏSMA-da "Zəfərin təntənəsi Şuşa 270” adlı tədbir keçirilib - FOTO

29.10.2022 00:06 415 baxış
IMG

Ölkəmizdə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 2022-ci il oktyabrın 26-da “Zəfərin təntənəsi Şuşa 270” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək və gənc nəsillərə çatdırmaqdır.

Kitabxananın təşkilatçılığı ilə keçirilən bu tədbirdə Şuşanın zəngin tarixinə, mədəni irsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə Akademiyanın tarix müəllimi Tamilə Həsənova Şuşa şəhərinin yaranma tarixi haqqında tədbir iştirakçılarına  məlumat verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, kitabxananın əməkdaşı Reyhan Kənan özünün Qarabağa həsr etdiyi şeirini səsləndirib.

Akademiyanın tələbələrinin iştirakilə hazırlanmış musiqili-ədəbi kompozisiya tədbir iştirakçılarına təqdim edilib. 

Tədbirdə yekun söz olaraq Akademiyanın rektoru, professor Hüseyn Qaraşov çıxış edib. O, çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi.

Professor H.Qaraşov bu qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini vurğulayıb.

Sonra o, Gəncədə 1804-cü ildə Sisianovla Gəncə xanı Cavad xan arasında bağlanan müqavilədən bəhs edib.

Tədbirin sonunda “Mənim atam qəhrəmandır” adlı videoçarx nümayiş etdirilib.

Xəbər lenti