Logo

Bakı Ali Neft Məktəbinin tələbələri Qubada olublar - FOTO

29.10.2022 11:17 322 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) “İntellektual oyunlar klubu”nun təşkilatçılığı və BANM-in Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə "Intellectual Visit 5” adlı səfər təşkil edilib. 100-dən çox Hazırlıq kursu (Foundation) tələbəsi Qubaya səfər edib.

Tehsil.biz xəbər verir ki, səfər müddətində tələbələrlə maraqlı intellektual oyunlar təşkil edilib və müxtəlif mövzular müzakirə olunub. Qubada 18 komandanın iştirak etdiyi “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib və qaliblər mükafatlandırılıb.

"Intellectual Visit 5" layihəsinin təşkilatçıları BANM-in “İntellektual oyunlar klubu”nun İdarə Heyətinin üzvləri Hüseyn Abızadə, Əli Məmmədli, Əsmər Şixəmirli, Yusif Hüseynzadə, Asiman Həmzəyev və BANM TGT idarə heyətinin üzvləri Əlicavad Sadıxzadə, Nazlı İsmayılzadə və Aysu Zamanova olub.

Xəbər lenti