Logo

Xəzər Universitetinin müəllimi XIV Beynəlxalq Dünya Dili Türkcə Simpoziumunda iştirak edib

29.10.2022 17:38 284 baxış
IMG

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi filologıya üzrə fəlsəfə doktoru Zəminə Ziyayeva Türkiyənin Alanya Alaaddin Keykubad Universitetinin təşkilatçılığı ilə keçirilən XIV Beynəlxalq Dünya Dili Türkcə Simpoziumunda iştirak edib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, simpoziumda Z.Ziyayeva məşhur türkoloq professor Günay Karaağaçın həyat və fəaliyyətindən, onun qrammatikaya dair tədqiqatından bəhs edən məruzə (Günay Karaağaç ve Türk Gramerciliğindeki Yeri) ilə çıxış edib.

Qeyd edək ki, 19 ölkədən 360-dan artıq iştirakçının qatıldığı simpozium bu layihənin müəllifi professor Abdurrahman Güzelin açılış nitqi ilə başlayıb. Sonra professorlar Ahmet Bican Ercilasun, Umay Türkeş Günay, Gürer Gülsevin, Filiz Kılıç, Öcal Oğuz və digər türkoloqların çıxışları dinlənilib.

Xəbər lenti