Logo

DİN-dən dərs zamanı müəllimin döyülməsi ilə bağlı yayılan görüntülərə reaksiya - VİDEO

29.10.2022 21:31 1205 baxış
IMG

Daxili İşlər Nazirliyi (DİN) dərs zamanı müəllimin döyülməsini əks etdirən görüntülərə münasibət bildirib.

"Tehsil.biz"in məlumatına görə, nazirliyin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə müəllimin döyülməsini əks etdirən görüntülər yayılıb:

"Görüntülər araşdırılıb. Görüntülər digər ölkəyə aiddir, ölkəmizlə əlaqəsi yoxdur", - deyə nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə dərs zamanı müəllimə hücum edildiyini əks etdirən görüntülər yayılmışdı.

Xəbər lenti