Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənayə və Texnologiya Kollecində rəhbərlik qoyduğu qadağalarla tələbələri intihar həddinə çatdırıb.
Tehsil.biz xəbər verir ki, bu barədə "Tələbə Güc Mərkəzi"nin rəhbəri Fərid İmanov feysbuk hesabında yazıb.
O bildirib ki, ələbələrin dini inanclarına, geyimlərinə və fikirlərinə görə təzyiqlərə məruz qalması halları baş verir:
"Şikayətçi tələbələr bildirirlər ki, hətta bir tələbə saqqal saxladığı üçün və qadağalara etiraz etdiyi üçün kollecdən qovulub.
Rəhbərlik hansı tələbənin geyimindən xoşu gəlmirsə, dərsə buraxmır. Dekanlar, xüsusilə dekan Faiq Şahbazlı siniflərə daxil olaraq tələbələrin geyimləri, saqqalları, makyajları, hətta şalvarlarının rənginə kimi yoxlayırlar", - deyə F.İmanov qeyd edib.
Qeyd edək ki, məsələ ilə bağlı adıçəkilən təhsil müsəssisəsinə sorğu göndərmişik, qurumun cavabı barədə məlumat verəcəyik.