Logo

Bakı məktəbində 11 yaşlı qıza nalayiq hərəkət edən şəxs kimdir? - VİDEO

29.10.2022 23:17 937 baxış
IMG

Bakıdakı orta ümumtəhsil müəssisələrinin birində məktəbli qız cinsi qısnamaya məruz qalıb.

"Tehsil.biz"in məlumatına görə, təxminən 35 yaşlarında olan şəxs məktəbin dəhlizinə daxil olur.

Bir neçə dəqiqə dəhlizə göz gəzdirdikdən sonra girişdəki lövhənin qarşısında duran şagirdi çağırır. Söz soruşur və əli ilə nəyisə işarə edərək, azyaşlı qızı mərkəzdən uzaqlaşdırır. Dəhlizin digər tərəfindəki lövhədən asılan elanların qarşısında onunla birlikdə nəyisə müzakirə edir.

Lövhədə yazılanları bir-bir 11 yaşlı qıza oxutdurur. Kifayət qədər yaxın təmasa cəhd edir.

Burada qızcığaza qarşı nalayiq hərəkətlərə yol verdiyi iddia olunur. Bu zaman qız "telefonuma zəng gəlir" deyərək ondan uzaqlaşır və məktəbin dəhlizində oturan yaşlı mühafizəçiyə yaxınlaşır.

Məktəbə daxil olan şəxs şagirdə yenidən yaxınlaşmağa cəhd edəndə müəllimlərdən biri uşağı həmin şəxsin əlindən alır. Təxminən bir neçə dəqiqədən sonra isə hadisə yerinə valideyn yaxınlaşır və əlbəyaxa dava başlayır.

Daha ətraflı "Xəzər Xəbər"in sujetində:

Xəbər lenti