Oktyabrın 26-da Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Özünü kəşf et” mövzusunda təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, təlim özünüdərkin və gələcəyə olan baxışların düzgün formalaşdırılması barədə gənclərin maarifləndirilməsi və onların motivasiyasının gücləndirilməsi məqsədi daşıyıb.
İqtisadiyyat və idarəetmə fakültəsinin “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimi Babək Hüsüyev tərəfindən keçirilən təlimdə MDU-nun bir qrup akademik heyət üzvü, tələbə və magistrantlar iştirak edib.
Təlimdə özünü tanımaq və özünü inkişaf məsələlərindən bəhs edilib, hədəf və məqsədlərin seçilməsi, pozitivə köklənmək, şəbəkələşmə və asudə vaxtının səmərəli təşkili mövzularına toxunulub, iştirakçılarla interaktiv fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, onların bilik və bacarıqlarının artırılıması məqsədilə müvafiq təlimlərin təşkilinə xüsusi önəm verilir.