Logo

“21-ci əsr üçün 21 bacarıq klubu” layihəsinin təlimlərinə başlanılıb - FOTO

30.10.2022 15:43 422 baxış
IMG

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqənin fərdi kateqoriya üzrə qalib gəlmiş layihələrindən biri olan “21-ci əsr üçün 21 bacarıq klubu”nun oktyabr ayından təlimlərinin icrasına başlanıb.

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi Ağdaş rayon Xınaxlı kəndi ümumi orta məktəbinin şagirdlərinin öz qabiliyyətləri, maraq və ehtiyaclarını aşkarlaması və qiymətləndirməsi, müasir həyat üçün lazım olan 21-ci əsr bacarıqları ilə tanışlığı, ərazi üzrə ehtiyac olan peşə və ixtisaslara yönləndirilməsi məqsədi ilə “21-ci əsr üçün 21 bacarıq klubu”nun təşkil edilməsidir.

Layihənin vəzifələri:

- Ağdaş rayon Xınaxlı kəndi ümumi orta məktəbinin XX nəfər 5-6-7-8-9-cu sinif şagirdlərini layihə təlim və fəaliyyətlərinə cəlb etmək;

- Layihə fəaliyyətləri üçün təlim materiallarını hazırlamaq;

- Layihə çərçivəsində mütəxəssis vebinarları və səfərlər təşkil etmək;

- “21-ci əsr üçün 21 bacarıq klubu”nun fəaliyyət proqramını qurmaq və keyfiyyətli icra etmək;

- “Bu günüm-gələcəyim-mənim peşəm” şagird təqdimatları prosesinin təşkili.

Layihənin təlimləri Ağdaş rayonu Xınaxlı kənd ümumi orta məktəbdə təşkil edilir. Layihənin təlimçiləri Elnur Hacıyev və Şəhanə Hacıyeva,layihənin eksperti isə Aliyə Əhmədovadır. Layihə rəhbəri:Əliyeva Nuriyyə İsrəfil qızıdır.

Xəbər lenti