Logo

DİN-dən universitet tələbəsini oğurlayan şəxslə bağlı AÇIQLAMA

30.10.2022 16:04 582 baxış
IMG

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dillər Universitetinin (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılıb.

Tehsil.biz xəbər verir ki, iddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb. Sonradan sərbəst buraxılan tələbə bir neçə gün sonra intihar edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "APA"ya bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərdən məlumatlıdırlar.

Hazırda araşdırma aparılır.

Xəbər lenti