Logo

Məşhur messencer on milyonlarla hesabı bloklayıb

30.10.2022 16:33 411 baxış
IMG

2022-ci ilin ilk 6 ayında Discord messencerinin moderatorları 55 milyondan çox hesabı və 68 minə yaxın serveri bloklayıb.

Tehsil.biz xəbər verir ki, bu barədə “PC Gamer” məlumat yayıb.

Məlumata görə, hesabların böyük əksəriyyəti spamlara görə qadağan edilib. Yalnız 1,8 milyon profil digər pozuntulara görə bloklanıb.

Digər pozuntulara ilk növbədə uşaqların və yeniyetmələrin təhlükəsizliyini təhdid edən istifadəçilərin hərəkətləri daxildir. Bir qayda olaraq bunlar yetkinlik yaşına çatmayanları cinsi istismar cəhdləri, eləcə də uyğun olmayan məzmunun göndərilməsidir.

Discord moderatorlarının işinin yüksək keyfiyyətindən məmnundur, çünki statistika göstərir ki, onlar nadir hallarda səhv edirlər. 2022-ci ilin birinci rübündə müraciətdən sonra bloklanmış profillərin yalnız 2 faizindən, ikinci rübündə isə 0,6 faizdən sanksiyalar götürülüb.

Qeyd edək ki, discord, oyunçular və oyun sənayesinin nümayəndələri arasında çox populyar olan bir messencerdir.

Bu gün xidmətin 150 milyondan çox aktiv istifadəçisi var.

Xəbər lenti