"Oktyabrda ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin canlı yayımında deyib.
Nazir yaxın vaxtlarda ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılacağını bildirib:
"Əsasən bu, məzmun və tədrislə bağlı meyarlardır, istər tələbələrlə iş, istərsə də həmin təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti buraya aiddir. Bununla bağlı müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr həyata keçirilir. Həmçinin ali təhsil müəssisələrinin akkreditasiya hesabatı hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq".