Logo

“Twitter”in yaradıcısı yeni sosial şəbəkə qurdu

30.10.2022 23:31 312 baxış
IMG

“Twitter”in həmtəsisçisi Cek Dorsi “Bluesky Social” adlı yeni sosial şəbəkəsini elan edib.

Tehsil.biz "gazeta.ru"ya istinadən xəbər verir ki, onun əsas xüsusiyyəti “AT Protocol” alqoritmi əsasında mərkəzsizləşdirmə olacaq. Bununla belə, Dorsinin yeni layihəsi həmkarlarından onunla fərqlənəcək ki, istifadəçilərə digər sosial şəbəkələrdəki hesab və məlumatlarını “Bluesky Social”a köçürməyə icazə veriləcək.

Sosial şəbəkənin mərkəzsizləşdirilməsinin təmin edilməsi və hesabların köçürülməsi funksiyası barədə təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, yeni şəbəkənin yaradılması işlərinə 2019-cu ildə başlanılıb. Hazırda sosial şəbəkə qapalı beta sınaq mərhələsindədir.

Xəbər lenti