Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin “İntellektual oyunlar klubu”nun və “PAŞA Həyat” şirkətinin təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" adlı intellektual turnir keçirilib.
Tehsil.biz xəbər verir ki, turnirə 210-dan çox tələbədən ibarət 38 komanda qatılıb. Bununla da turnir iştirakçı sayına görə ən yüksək nəticə göstərib. Bilik yarışında I yeri “Stonks Micheales”, II və III yerləri müvafiq olaraq “Old Folks United” və “Qızıl Oğlanlar” komandaları qazanıb.
Turnirin təşkilatçıları BANM-in “İntellektual oyunlar klubu”nun İdarə Heyətinin üzvləri Hüseyn Abızadə və Əli Məmmədlidir. Turnirin keçirilməsinə BANM-in tələbələri Əlicavad Sadıxzadə və Rövşən Aslan dəstək olublar. Sualların müəllifi “PAŞA Həyat”ın Hüquq departamentinin direktoru Səbuhi Göyüşovdur.