Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Ülkər İsayevanın məqalələri “European Psychiatry” və “European Neuro Psychopharmacology” jurnallarında dərc edilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, Ü.İsayevanın “Beyinin neyrotrofik faktoru (BDNF) səviyyələri ilə Sardiniyalı psixotik xəstələrdə uzununa psixopatoloji və koqnitiv dəyişikliklər arasında əlaqənin araşdırılması” adlı məqaləsi Kembric Universiteti Nəşriyyatı tərəfindən “European Psychiatry jurnalında”, həmmüəllifi olduğu “COVID-19 üçün psixotrop dərmanların təkrar istifadəsi: sistematik icmal və meta-təhlil” adlı məqaləsi isə “Elsevier” tərəfindən “European Neuropsychopharmacology” jurnalında dərc edilib.
Məqalə ilə Xəzər Universitetinin saytında yerləşdirilmiş link vasitəsilə tanış olmaq mümkündür.