Məktəblərdə olan pis işləri tənqid etmək nə qədər lazımlıdırsa, yaxşı olan işləri təqdir etmək də bir o qədər vacibdir...
Məsələn, layiqli insanların məktəb rəhbərliyinə təyin edilməməsini tənqid etmək əladır. Lakin uzun illər təyinat almaqlarına maneçilik törədilən bir qrup şəxs son vaxtlar vəzifələrə təyint alıblar. Bunu Quba-Xaçmaz, Qarabağ və Lənkəran-Astara RTİ-lər üzrə görmək olur. Buna misal olaraq Elşən Ramizoğlu, Aslan Qemberov, Nuranə Həmidova və sairləri göstərmək olar. Bu insanlardan bir çoxları bir vaxtlar özləri öz timsallarında və digərlərinin nümünəsində təyinatlarına imkan verilmədiyini qabardırdılar. Lakin indi özləri səs-küysüz və heç nəsiz vəzifəyə təyinat alıblar. Təssüf edici hal budur ki, onlar öz nümunələrində digər müəllimləri motivasiya etmək üçün şəffaf təyinatlarından bir kəlmə də olsun yazmırlar.
Bunu məktəblərin təchizatı barəsində də demək olar. Məsələn, məktəblərə qiymətləndirmə keçirtmək üçün kağızların verilməməsindən hamı yazırdı. Lakin bu günlərdə məktəblərə kifayət qədər kağız verilsə də bu barədə bir kəlmə yazan yoxdur. Məsələn bizim məktəb üzrə hər sində 1 qutu olmaqla 10 qutu kağız verilib. Məktəbimizə tikiş dərnəyi üçün maşınların da veriləcəyini söz veriblər. Bu gün Xudaqulu müəllimdən eşitdim ki, qışa hazırlıq çərçivəsində onların da məktəbinə 20 ədəd istilik batareyası (radiator) verilib.
Əvvəllər isə məktəblərə ən yaxşı halda elə şeylər verərdilər ki, onlar məktəblərə lazım olmazdı. Pisini yazdığımız kimi yaxşısını da yazaq. Əks halda bu qərəz və ən yaxşı halda fürsətcillik kimi qiymətləndirilə bilər...
Rabil Abdinov