Qətiyyən ədalətli keçirilmir. Çünki bu imtahanda düşən sualların mənbəsi tam olaraq imtahan verənlərin hamısına bəlli deyil.
Təhsil Araşdırmaları Mərkəzinin departament rəhbəri Rabil Abdinov tehsil.biz ə açıqlamasında bildirib ki Lakin bir qrup müəllim hansısa yolla imtahandakı sualların hansı ədəbiyyatdan düşdüyünü bilir, daha doğrusu imtahanda düşən sualların materialları ilə birbaşa tanış ola bilir. Bunu xüsusən kurslarda və və təlimçilərlə hazırlaşanlar rahat əldə edə bilirlər. Bu da onu göstərir ki, imtahan suallarını hazırlayanların kurs müəllimlərindən və təlimçilərdən ibarət olamsı nə qədər davam edəcəksə imtahanlar ədalətli təşkil edilə bilməz. Bu digər imtahanlarda da belədir. Nazirlik bərabər imkanlar yaratmır. Rüşvət yoxdursa bu o demək deyil ki, hər şey əladır. Kimlərəsə yaxın şəxslərə və ya kimlərəsə pul verib hazırlaşanlara əlavə imkanlar yaratmağın qarşısını almamaq özü korrupsiyadır və rüşvətxorluqdan heç də kiçik cinayət deyil. Bunun qarşısını almağın yeganə yolu bütün sualların konkret ədəbiyyatlardan düşməsini təmin etmək və konkret ədəbiyyatları əvvəlcədən hamıya elan etməkdir. Yəni bunu etmk belə çətindir?