Logo

Bakı Ali Neft Məktəbinə qəbul olan bacı-qardaş

31.10.2022 21:46 341 baxış
IMG

Zümrüd Həsənova və qardaşı Yusif Həsənov bu il Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olublar. Onlar Bakı şəhəri, Səbail rayonu 236 nömrəli tam orta məktəbi bitiriblər. 

Tehsil.biz xəbər verir ki, Zümrüd Fərqlənmə attestatı ilə məzun olub. O, 677.3 balla Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub. Zümrüd bildirir ki, hələ orta məktəbdə oxuyarkən BANM-in tələbəsi olmağı qarşısına məqsəd qoyub: “BANM haqqında tez-tez yalnız yaxşı fikirlər eşidirdik. Valideynlərimizlə birlikdə araşdırdıq və burada təhsil almağın bizim gələcəyimiz üçün daha yaxşı olacağına qərar verdik. İxtisas seçimində yalnız BANM-i yazmışdım. Bu Ali Məktəbin yüksəksəviyəli təhsili sayəsində tələbələr təhsillərini xaricdə davam etdirir və nüfuzlu şirkət və müəssisələrdə çalışırlar. Mən də buradan məzun olduqdan sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm”.

Yusif Həsənov isə Riyaziyyat üzrə Respublika fənn olimpialarında 3-cü yerə layiq görülüb. Orta məktəbi Qızıl nişanla bitirən Yusif müsabiqədənkənar BANM-in Kompüter mühəndisliyi ixtisasına qəbul olub. Burada dərslərin çətin olduğunu etiraf edən Yusif nəticədə peşəkar mütəxəssis kimi yetişəcəyini bildirir: “BANM-də ingilis dili və kompüter biliklərini mükəmməl öyrətmək üçün  Hazırlıq ili var. Bunun sayəsində dünya qapıları bizim üzümüzə açılır. BANM-in yüksəksəviyyəli təhsili sayəsində təhsilimizi istədiyimiz yerdə davam etdirmək və nüfuzlu yerlərdə işləmək imkanı yaranır”.

Xəbər lenti