Oktyabrın 25-də Lənkəran şəhər 7 nömrəli körpələr evi-uşaq bağçasında Zəfər günü ilə əlaqədar Zəfərimiz Qarabağ adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Lənkəran rayonu üzrə təhsil sektorunun əməkdaşları, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı, qazi və şəhid ailə üzvləri iştirak edib.
Tədbirdə bağçanın böyük qrupunun iştirakı ilə hazırlanan bədii hissə qonaqlara təqdim olunub.