Logo

Bu gündən məktəbəhazırlıq qrupları üzrə elektron yerdəyişmə prosesinə BAŞLANILIR

01.11.2022 09:24 327 baxış
IMG

Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə başlanılacaq.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Xəbər lenti