Logo

BDU-da postbiotiklərin düz bağırsaq xərçənginə təsirinə dair araşdırmalar davam edir

01.11.2022 10:54 242 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu “Postbiotiklərin düz bağırsaq xərçənginin ilkin mərhələsinə təsir versiyası (Postbiotics versus probiotics in early-onset colorectal cancer) adlı məqalə “Web of Science” bazasına daxil olan IF-11.208 və Q1 kvartil “Critical Review in Food Science and Nutrition” (2022) jurnalında dərc olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Təqdim olunmuş icmal məqalədə probiotiklər (canlı südturşusu bakteriyaları) konsepsiyasına yenidən baxılıb, postbiotiklərlə (bakteriyaların sintez etdiyi metabolitlərlə) müqayisədə üstünlüklərə və məhdudiyyətlərə malik olması göstərilib. Biotiklər (probiotiklər, prebiotiklər və postbiotiklər) insanın bağırsaq florasına təsir göstərməklə onun sağlamlığına böyük fayda verir. Probiotiklərin xərçəng əleyhinə əsas təsir mexanizmləri immun sisteminin tənzimlənməsi, xərçəng hüceyrələrinin çoxalmasını ingibirləşdirməsi, bağırsaqda disbakteriozu və baryer funksiyasını bərpa, bağırsağın xərçəng əleyhinə agentlərini biosintez etməsi və xərçəngin inkişafını törədən agentlərin azaldılması ilə bağlıdır.

Xəbər lenti