Logo

ACM ICPC müsabiqəsinin Azərbaycan Universiteti üzrə kvalifikasiya turu keçirilib

01.11.2022 11:31 273 baxış
IMG

Azərbaycan Universitetində İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi tələbələrinin  ACM ICPC (International Collegiate Programming Contest) Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin 47-ci dünya çempionatının kvalifikasiya turunun yarışları keçirilib. 

Tehsil.biz xəbər verir ki, onlayn formatda təşkil olunan yarışda hər birində 3 tələbə olmaqla 15 komanda iştirak edib. Tapşırıqlar respublika üzrə mərkəzləşmiş qaydada qeydiyyatdan keçmiş komandaların profillərinə göndərilib.  5 saat davam edən yarışda komandalar bu vaxt ərzində təqdim olunmuş 12 olimpiada tapşırığını yerinə yetirməli olublar. 

Qeyd edək ki, kvalifikasiya mərhələsində iştirak edən 4 yaxud 5 komanda müsabiqənin növbəti ¼ final mərhələsinə vəsiqə qazana bilər. 

Xəbər lenti