Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov Şəmkir rayonunda yuxarı sinif şagirdləri ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkil etdiyi tədbir təhsilaanlara növbəti təhsil pilləsində güzgün ixtisas seçimini aşılamaq və bu istiqamətdə dolğun təsəvvür formalaşdrmaq, onlara bu yöndə təlim vermək məqsədi daşıyıb.
Təlimdə E.Süleymanov məktəbliləri ixtisas seçimindəki vacib amillər, seçim zamanı düzgün qərar vermə bacarıqlarını püxtələşdirmək, əmək bazarında tələbat duyulacaq əsas ixtisaslar, ixtisasların bilik və bacarıqlara görə dəyərləndirilməsi haqda ətraflı məlumatlandırıb.
Seçiləcək aktual ixtisaslar üzrə tələb olunan fərdi keyfiyyət və səriştələrin vacibliyini önə çəkən prorektor ixtisas seçimi ilə karyerada uğurlu başlanğıcın təməlinin qoyulduğunu, bu baxımdan məktəblilərin daha peşəkar və təcrübəli mütəxəssislər tərəfindən maarifləndirməyə ehtiyac duyulduğunu vurğulayıb. Təmsil etdiyi ali təhsil olcağının sözügedən istiqamətdə davamlı fəaliyyət göstərdiyini də qeyd edən E.Süleymanov ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin BMU-ya mütəmadi ekskursiyalarınn təşkil olunduğunu, bu tədbirlər çərçivəsində təhsilalanlarda gələcək ixtisas seçimi ilə bağlı daha düzgün və dolğun təəssüratın formalaşdığını bildirib.
Tədbirdə Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Qüdrət Əliyev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.