Logo

"Azərbaycan hakimiyyəti Soçi görüşündə qətiyyətli mövqeyini bir daha ortaya qoydu"

01.11.2022 12:55 389 baxış
IMG

"Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.

Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin 5 prinsip üzərində qurulmasını təklif edib. Bu prinsiplər bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarının olmaması, bir-birinə qarşı güc və təhdidin tətbiq edilməməsi, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlər və nəqliyyat kommunikasiyalarının açılması və yenilərinin inşa olunması kimi mühüm məsələri əhatə edir.

Xüsusilə qeyd etmək lazımdır ki, təzyiqlərə baxmayaraq Azərbaycan "Qarabağ münaqişəsi həll olunub, bu konteksdə danışacaq heç bir mövzu yoxdur" kimi prinsipal və qəti mövqeyini  qorudu və Bəyanatda Qarabağla bağlı heç bir fikir yer almadı. Bu isə Qarabağ və orada yaşayan ermənilərlə bağlı məsələr barəsində veriləcək qərarların Azərbaycanın daxili işi olduğunu və bunu heç bir xarici ölkə ilə müzakirə etmək fikirimizin olmadığını bir daha təsdiq etdi.

Soçi görüşünün yekun nəticələri bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müsbət təsir göstərəcək.

İlham Məmmədov
Milli Məclisin deputatı

Xəbər lenti