2022-2023 tədris ilinin payız semestrində Təhsil Tələbə Kreditindən yararlanan tələbələrin statistikası açıqlanıb.
Bu barədə "Tehsil.biz"ə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Bildirilib ki, ümumilikdə 2951 tələbəyə kredit verilib.
Onlardan 1161 nəfəri sosial, 1790 nəfəri isə standart təhsil tələbə krediti alıb.