Şamaxı, İsmayıllı, Oğuz və Qəbələ rayonlarında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Konstitusiya Gününə həsr edilmiş "Hüquqi dövlətin əsasları" mövzusunda keçirilmiş hüquq olimpiadası uğurla başa çatıb.
Tehsil.biz xəbər verir ki, Qəbələ rayonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Ümümi nəticəyə görə İsmayıllı rayonu adları çəkilən rayonlar arasında II yerə, Şamaxı rayonu isə III yerə layiq görülüb.
İsmayıllı rayonu üzrə şəhər 1 nömrəli, 6 nömrəli, Sumağallı, Cülyan, Diyallı kənd tam orta məktəbləri, Şamaxı rayonu üzrə isə şəhər 2 nömrəli, 9 nömrəli, Şamaxı Avropa liseyi, THTFT liseyi, Şəhriyar qəsəbə, Göylər kənd 2 saylı tam orta məktəblərinin şagirdləri qaliblər və fərqlənənlər sırasında yer alıb.