Logo

ADPU tələbəsi: "Soçi görüşündə Azərbaycan reallıqları bir daha öz sözünü dedi"

01.11.2022 14:10 403 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.  Görüş 31 oktyabr tarixində Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.

Ölkəmizin başçısı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında imzalanmasını təklif edib. Bu prinsiplərdə Azərbaycan və Ermənistan Respublikalarının qarşılıqlı olaraq bir-birinin suverenliyini və ərazi bütövlüyü tanıması, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin normallaşdırılması, bir-birinə qarşı təhdidlərin və ərazi iddialarını olmaması və,s kimi region və dünya üçün mühüm əhəmiyyət kəsb edən məsələlər öz əksini tapmışdır.

Möhtərəm cənab prezident Soçi görüşündə Azərbaycan reallıqlarını əks etdirən fikirlər səsləndirərək milli maraqlarımızı qorumuşdur. Bəyanatda Qarabağla bağlı heç bir fikir yer almayıb. Bu isə Azərbaycanın "Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub" kimi prinsipial və dəyişməz mövqeyinin göstəricisidir.

Qarabağda yaşayan ermənilərin müqəddəratını "düşünən" müxtəlif xarici qüvvələrə o, cümlədən Ermənistana ölkə rəhbəri "Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq." - deyə cavab vermişdir.

Soçi görüşünün nəticələrinə gəldikdə isə deyə bilərəm ki, bu üçtərəfli görüş ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında mühüm irəliləyişlərin əldə olunmasına müsbət təsir göstərəcək.

Anar Salehoğlu
ADPU tələbəsi, ictimai əsaslarla deputat köməkçisi

Xəbər lenti