Logo

Azərbaycan Texniki Universitetində "Gənc texniklər" İnternet liseyi yaradılır

06.10.2020 16:43 447 baxış

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.

AzTU-dan Tehsil.biz -im bildirilib ki, iclasın gündəliyinə uyğun olaraq bir sıra struktur dəyişiklikləri edilib. Universitet üzrə aparılan optimallaşdırmanı nəzərə alaraq, tədris işlərinin təşkili və keyfiyyətin təminatı şöbələrinin birləşdirilməsi və onların bazasında Tədris işlərinin təşkili və keyfiyyətin təminatı şöbəsinin yaradılması qərara alınıb. Universitetdə hüquqi işin təşkilini daha keyfiyyətli formada həyata keçirmək üçün hüquq sektorunun yaradılması barədə qərar qəbul olunub.

İclasda, həmçinin Magistratura və doktorantura şöbəsinin bazasında magistratura və doktorantura şöbələrinin yaradılması ilə bağlı razılığa gəlinib. Bundan başqa, AzTU-nun nəzdində "Gənc texniklər" İnternet liseyinin yaradılması və universitetin publik hüquqi şəxs statusu alması ilə bağlı işlərin icrasına başlanılıb.

Xəbər lenti