Logo

BDU-nun Kimya fakültəsində tədbir: "Qarabağın təbii sərvətləri və mədəni irsi"

01.11.2022 16:30 257 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə "Şuşa ili"nə həsr olunmuş "Qarabağın təbii sərvətləri və mədəni irsi" adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kimya fakültəsinin dekanı Fuad Kərimli bildirib ki, işğal  olunmuş ərazilərdə Ermənistan tərəfindən otuz ilə yaxın müddətdə vandalizm siyasəti həyata keçirilib, təbii sərvətlər, infrakstruktur vəhşicəsinə talan edilib, tarixi abidələrimiz dağıdılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya ermənilərin törətdiyi ekoloji, mədəni soyqırımın şahidi olur. Fuad Kərimli gəncləri erməni yalanlarını ifşa etmək üçün bütün istiqamətlərdə davamlı fəaliyyət göstərməyə çağırıb.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov isə qeyd edib ki, ermənilər tərəfindən bu cür vandalizm aktları təkcə azərbaycanlılara qarşı törədilməyib. O, erməni millətçilərinin terrorçu mahiyyəti, insanlığa qarşı törətdikləri cinayətlər barədə tələbələrə məlumat verib. Bildirib ki, hazırda Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi ölkə kimi tanınır. Xalqımızı haqlı olaraq beynəlxalq təşkilatlardan ermənilərin törətdikləri vandalizm aktlarına qarşı ədalətli münasibət göstərilməsini tələb edir.

Tədbirdə Kimya fakültəsinin II kurs tələbəsi Aytac Vəliyeva “İşğal faktının mədəni irsimizə təsiri”, IV kurs tələbəsi Hüseyn Quluzadə “İşğaldan azad edilmiş ərazilərimizin təbii sərvətləri və erməni vandalizmi“, IV kurs tələbəsi Daşqın Abdulla isə "Azərbaycan təbiətinə qarşı ekoloji terror" mövzularında çıxışlarını təqdim ediblər.

Tədbirin sonunda fakültə Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayevin rəhbərliyi ilə hazırlanmış videoçarx təqdim olunub.

Xəbər lenti