Logo

BDU-da təlimatçı fəaliyyətinin psixoloji aspektləri müzakirə olunub

01.11.2022 16:39 285 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və doktorantura şöbəsinin təşkilatçılığı ilə “Təlimatçı fəaliyyətinin psixoloji aspektləri” ("Train the trainers" proqramı) mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Biologiya, Ekologiya və torpaqşünaslıq, Jurnalistika, Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin doktorantları (dissertantları) iştirak ediblər.

Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının fəlsəfə doktoru proqramı üzrə dissertantı Səbinə Estrova eyniadlı məruzəsində təhsilalanların və gələcək təlimçilərin pedaqoji fəaliyyətinin psixoloji aspektləri barədə məlumat verib. Bu fəaliyyətin dinləyicilərə şəxsiyyətin mənəvi, əqli keyfiyyətlərinin formalaşdırılması, inkişaf etdirilməsi və təkmilləşdirilməsi üsullarını öyrətməkdən ibarət olmasını vurğulayıb.

Seminarda təlimatçı fəaliyyətinin psixoloji aspektləri üzrə faktorlar və xüsusiyyətlər araşdırılıb.

Daha sonra Magistratura və doktorantura şöbəsinin müdiri Mirnamik Bəşirov seminarın aktuallığı, pedaqoji və psixoloji aspektlərin araşdırılmasının bütün sahələr üzün önəmli olduğunu vurğulayıb, müasir səviyyədə təqdimatı üçün məruzəçiyə təşəkkür edib.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbər lenti