Logo

AzTU-da seminar: "İnformasiya texnologiyaları sahəsində ilk addımlar"

01.11.2022 19:13 268 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının nəzdində yaradılmış “IT Woman Club” (“IT Qadın Klubu”) və “IT Brains Academy”nin (“IT Beyin Akademiyası”) birgə əməkdaşlığı çərçivəsində tələbə qızlar üçün “İnformasiya texnologiyaları sahəsində ilk addımlar” mövzusunda seminar keçirilib.

AzTU-dan bildirilib ki, seminarda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən AzTU-nun “SABAH” Mərkəzinin rəhbəri Aytən Sadıqova bu təşəbbüsün tələbə qızlar üçün faydasından danışıb.

Daha sonra “IT Brains Academy”nin rəhbəri Orxan Məmmədov bildirib ki, informasiya texnologiyaları sahəsinə marağı olan, bu istiqamətdə bacarıqlarını daha da inkişaf etdirmək istəyən tələbə qızlar üçün “IT Club” təşkil olunacaq.

Seminar sual-cavab formatında davam etdirilib.

Xəbər lenti