Logo

BANM-in tələbələri "Renergy" layihəsini təşkil ediblər

02.11.2022 10:21 287 baxış
IMG

Neftçi Mühəndislər Cəmiyyətinin Bakı Ali Neft Məktəbi (SPE BHOS) bölməsi bərpa olunan enerji mövzusunda “Enerji” ("Renergy") kursu təşkil edib. 

Tehsil.biz xəbər verir ki, 4 həftə davam edən kursda Azərbaycan Dövlət Bərpa Olunan Enerji Agentliyinin, eləcə də Azərbaycan Dövlət Energetika Nazirliyinin nümayəndələri təqdimatlar ediblər.

100-ə yaxın yerli və xarici tələbə Azərbaycanda bərpa olunan enerji, külək, hidrogen və günəş enerjisi haqqında məlumatlar əldə edib. Kurs sessiyalarının koordinatorları BANM-in Neftçi Mühəndislər Cəmiyyətinin üzvləri Çingiz Hacıyev, İlkanə Mehdiyeva və Nəzrin Fətullalı olub.

Xəbər lenti